Sionist rejimi ordusu vəzifələrini yerinə yetirməkdə olan digər 5 fələstinli jurnalistin həyatına son qoyub.
Bu jurnalistlər sionist rejimin ordusunun ən-Nəsirat düşərgəsindəki əl-Ovdə xəstəxanasının qarşısında Qüds kanalının canlı yayım maşınına hava hücumu zamanı şəhid olublar.

Fələstin mediaları da bu jurnalistlərin “Fadi Həsunə”, “İbrahim əş-Şeyx Əli”, “Məhəmməd əl-Lədə”, “Feysəl Əbu əl-Qumsan” və “İmən əl-Ciddi” olduğunu açıqlayıblar.
Qeyd etmək lazımdır ki, sionist rejimin məzlum Qəzzə xalqına qarşı cinayətləri 15 aydır ki, davam edir. Müharibə başlayan vaxtdan indiyə qədər Qəzzə zolağında şəhid olan jurnalistlərin sayı 202 nəfərə çatıb.