Xəbər mənbələri sionist rejimin Dəməşq ətrafındakı “Ədra” sənaye şəhərciyinə hücumu və həyatını itirənlərin sayının 17 nəfərə çatdığı barədə məlumat veriblər.
Bundan öncə də İsrail dronu olduğu nəzərə çarpan bir dronun Dəməşq ətrafında yerləşən Ədra sənaye şəhərciyinin yaxınlığındakı ticarət obyektlərini hədəf seçdiyi və 5 nəfərin həyatını itirdiyi bildirilmişdi.
Bu məlumata əsasən, sionist rejimin hücumu ziyanlara səbəb olub.
Xəbər agentliklərindən birinin müxbiri bu barədə deyib: Dəməşqdə yerləşən Ədra məntəqəsindəki silah anbarında baş verən partlayış nəticəsində bir sıra insan həyatını itirib və yaralanıb.
Sionist rejimi Bəşər Əsəd hökumətinin süqutundan sonra Suriyanın hərbi infrastrukturlarını bombalayaraq məhv etməkdədir. Bundan əlavə, bu rejim Suriyadakı hadisələrdən sui-istifadə etməklə öz qüvvələrini quru yolla bu ölkənin cənubundakı bölgələrə, xüsusən də Quneytərə şəhərinə daxil edib və Suriya torpaqlarını işğal edib.
Sionist rejimin Suriyaya hücumları hələ də davam edir. İvrit medialarının məlumatına görə, sionist rejimi bir neçə saat ərzində 1800 bomba ilə Suriyada 500-dən çox hədəfə hücum və ölkənin havadan müdafiə sistemlərini məhv edib.