Sionist rejimin Yəməndəki bölgələrə hava hücumu 12 nəfərin şəhid olması və yaralanması ilə nəticələnib.
Yəmən mediaları sionist rejimin Səna və əl-Hudeydədə yerləşən bölgələrə və obyektlərə endirdiyi hava hücumları nəticəsində 9 nəfər şəhid olub və 3 nəfər yaralanıb.
Əl-Hudeydədəki təhlükəsizlik mənbələrinə istinadən verilən məlumata görə, sionistlərin “Bəndər əs-Səlif”ə olan hava hücumunda 7 nəfər şəhid. Həmçinin İsrail rejiminin Rəs İsa neft obyektinə hücumu zamanı 2 nəfər şəhid olub və 1 nəfər yaralanıb.
Bu mənbələrin sözlərinə əsasən, sionist rejimi əl-Hudeydə limanına 7 dəfə havadan hücum edib ki, bunun da nəticəsində 2 nəfər yaralanıb.
Yəmən medialarının yazdığına görə, sionist rejimi Səna şəhərinin cənubunda yerləşən Həziz elektrik stansiyasına 4 dəfə, paytaxtın şimalında yerləşən Zəhban elektrik stansiyasına isə 2 dəfə hava hücumu həyata keçirib. Yanğınsöndürənlər Zəhbandakı yanğını söndürə biliblər və Həzizdə yanğın söndürmə əməliyyatları davam etdirilib.
Sionist rejimin Yəmənə olan bu hücumları yəmənlilərin Qəzzəni dəstəkləməklə bağlı hərbi əməliyyatlarının dayandırılması məqsədi ilə həyata keçirilir. Hansı ki, o Qəzzə 400 gündən çoxdur ki, ərəb və dünya ölkələrinin əksəriyyətinin sükutu arasında işğalçıların soyqırım müharibəsinə məruz qalır.