Ötən 24 saat ərzində baş verən digər 7 qətliamı hesablamaqla Qəzzə soyqırımı müharibəsində şəhid olanların sayı 45 mini keçib.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi günü müharibənin 437-ci günündə bəyanat yayaraq, sionist rejimin işğalçı ordusunun ötən 24 saat ərzində fələstinli mülki əhaliyə qarşı 7 qətliam həyata keçirdiyini açıqlayıb.
Nazirlikdən, həmçinin bildirilib ki, bu hücumlarda 52 fələstinli şəhid olub və 203 nəfər isə yaralanıb.
Bu insanların şəhid olması ilə ötən ilin Oktyabr ayının 7-dən indiyə qədər Qəzzə müharibəsində şəhid olanların sayı 45028, yaralıların sayı isə 106962 nəfərə yüksəlib.
Bununla yanaşı, Qəzzə zolağında hələ də 11000-dən çox insan itkin düşüb və dağıntılar altında qalıb.