Sionist rejimin Qəzzə şəhərinə qarşı təcavüzkar hücumları davam edib və şənbə günü axşamdan bazar günü səhərə qədər olan təcavüzlərdə bəzi insanlar şəhid olub və yaralanıb.
Sionist rejimin qırıcılarının bazar günü Qəzzə şəhərinə qarşı həyata keçirdikləri hücumlarda 14 nəfər şəhid olub və 30 nəfər yaralanıb.
Qəzzə Mülki Müdafiə Təşkilatı açıqlamasında bildirib ki, 4 şəhidin cənazəsi dağıntılar altından çıxarılıb və bu rejimin Qəzzənin şimalında yerləşən Şeyx Rizvan məntəqəsindəki bir mənzilə hücumu nəticəsində isə bir sıra insan yaralanıb.
Digər tərəfdən də, yerli mənbələr işğalçı sionist hərbiçilərinin Beyt Ləhmin cənubunda yerləşən “Kubər”, “Beyt Fəccar” və Ramullahın qərbindəki “Bədars”a hücum etdikləri haqda məlumat veriblər.
Bu mənbələr sionist rejimin pilotsuz təyyarələrinin Beyt Lahiyadakı Kamal Üdvan xəstəxanasının ətrafındakı evlərin içinə bomba atdığını qeyd ediblər.
Müxbirlərdən biri də bazar günü səhər saatlarında İsrailə aid helikopterlərin Qəzzə zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin qərbindəki köçkünlərin məskunlaşdığı çadıra hücum etdiyinı bildirib.
Həmçinin bildirilib ki, sionist rejimin hərbi maşınları beynəlxalq qanunları pozmağa davam edərək İordan çayının qərb sahillərinin şimalındakı Qəlqiliyyənin şərqində yerləşən “Baqə əl-Hətab” kəndinə hücum ediblər.