Qəzzə Səhiyyə Nazirliyi dəhşətli statistika dərc etməklə, sionist rejimin 1410 fələstinli ailənin üzvlərini tamamilə şəhid etdiyini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qəzzə Səhiyyə Nazirliyi (26 Noyabr) bəyanat verərək, qeyd olunan 1410 ailənin üzvlərinin bir il müharibə müddətində Qəzzədə şəhid olduqlarını və bu ailələrin üzvlərinin sayının 5444 nəfər olduğunu çatdırıb.
Səhiyyə Nazirliyindən, həmçinin bildirilib ki, 3463 fələstinli ailənin də İsrail rejimin hücumları nəticəsində bütün ailə üzvləri şəhid edilib və onlardan yalnız bir nəfər qalıb.
Səhiyyə Nazirliyi vurğulayıb: “Ən-Nəccar” ailəsi 520 şəhid, “əl-Misri” ailəsi 287 şəhid, “əl-Aşur” ailəsi 217 şəhid, “Hicazi” ailəsi 199 şəhid və “İvəz” ailəsi 198 şəhidlə Qəzzə müharibəsində ən çox şəhid verən ailələr olub.
Bu hesabata əsasən, 7160 fələstinli ailə isə bir il müharibə müddətində bir yaxud bir neçə üzvünü itirib.