Sionist rejimin qüvvələri Qəzzədə fələstinlilərə qarşı soyqırım müharibəsinin davamında Qəzzə zolağının şimalında yerləşən Beyt Lahiyada və Şeyx Rizvan məhəlləsində iki qanlı qətliam törədib. Bunun nəticəsində də, əksəriyyəti qadın və uşaqlar olan 88 fələstinli şəhid olub.
Bununla yanaşı, sionist qırıcılarının Beyt Lahiya məntəqəsində yerləşən Kamal Üdvan xəstəxanasının yaxınlığındakı yaşayış məhəlləsinə vəhşi hücumlarının ardınca, 100-dən çox digər insan yaralanıb.
Sionist rejimin işğalçı hərbiçiləri, həmçinin hava bombardmanları, artilleriya hücumları və şiddətli atəşlərlə “Beyt Lahiya lahiyəsi” məhəlləsini və Cəbaliya düşərgəsini hədəfə alıblar.
Sionist rejimin başlatdığı soyqırım müharibəsinə görə Qəzzənin şimal vilayətində bir ay öncədən indiyə qədər yardım xidmətləri dayandıqdan sonra Beyt Lahiya məntəqəsində müdafiəsiz insanlara kömək etmək üçün heç bir tibbi yaxud xilasetmə qrupunun olmaması mövzunu daha da mürəkkəbləşdirir.
Kamal Üdvan xəstəxanasının rəhbəri Dr. Həssam Əbu Səfiyyə bildirib ki, məntəqədə təcili yardım maşını olmadığından, xəstəxananın tibb işçiləri özləri şəhidlərin cənazəsini daşımaqda və yaralıları sionistlərin hücum etdikləri yerdə müalicə etməkdədirlər.
O, tibb işçilərinin qətliam yerində 200-dən çox fələstinlinin vəziyyəti ilə maraqlandığına toxunaraq vurğulayıb ki, çox sayda şəhid, yaralı və itkin düşən hələ də dağıntılar altındadır.
Kamal Üdvan xəstəxanasının rəhbəri Qəzzə zolağının şimalında səhiyyə və müalicə sisteminin çökdüyünə işarə edərək, bildirib: Müalicə heyəti bu məntəqədə xidmət göstərə bilmir. Bizim bütün səylərimiz faydasızdır və təəssüflər olsun ki, zülmümüzün fəryadı dünya əhalisinin qulağına çatmır.
Digər tərəfdən də, sionist qırıcıları Qəzzə şəhərinin şimalındakı növbəti cinayətində Şeyx Rizvan məhəlləsində 5 mərtəbəli yaşayış binasını hədəfə alaraq qətliam törədib. Nəticədə isə 10-u uşaq olmaqla, 22 nəfər şəhid olub.
Həmçinin bildirilib ki, artilleriya hücumu və işğalçı hərbiçilərin maşından açdıqları atəşlə eyni zamanda bu rejimin qırıcıları Qəzzə zolağının mərkəzinə hücum ediblər. Nəticədə isə ən-Nəsirat düşərgəsindəki əl-Əvdə yaxınlığındakı bir evdə 3 fələstinli qadın şəhid olub. Xatırlatmaq lazımdır ki, sionist rejimi müharibənin təcili olaraq sona çatması üçün BMT-nin qəbul etdiyi qətnaməyə və Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzədə soyqırımın qarşısının alınmasına və fəlakətli humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi ilə bağlı göstərişlərinə əhəmiyyət vermədən hələ də etnik təmizləməyə davam edir, insani prinsipləri və beynəlxalq qanunları ayaq altına salır