Livan Səhiyyə Nazirliyi Livan İslami-Cəmaətin qərargahının bombalanması zamanı 15 nəfərin şəhid olması və yaralanması barədə məlumat verib.
Verilən məlumata görə, Livan Səhiyyə Nazirliyi sionist rejiminin qırıcılarının Livan İslami-Cəmaətin Beyrutdakı qərargahına hücumunda 2 nəfərin şəhid olduğunu və 13 nəfərin isə yaralandığını açıqlayıb.
Sionist rejimi bir müddət əvvəl Beyrutun mərkəzində yerləşən Mar əl-Yəs məntəqəsində bir binaya havadan hücum edib.