Sionist rejimi həftənin bazar günü Beyrutun şimalında yerləşən Cubeyl şəhərindəki İlmat qəsəbəsində yeni bir cinayət törədib və onlarla livanlını qətlə yetirib.
Xarici KİV-in verdiyi məlumata görə, Livan Səhiyyə Nazirliyi Livanın şimalında yerləşən İlmat qəsəbəsinin bombalanması zamanı şəhid olanların sayının 23-ə çatdığını və 7 nəfərin isə yaralandığını açıqlayıb.
Bundan öncə isə Livan tv kanallarından biri bildirmişdi ki, İlmat qəsəbəsində 30 nəfərin olduğu bir mənzilin bombalanması zamanı 20-dən çox insan şəhid olub, 6 nəfər isə yaralanıb və həyatını itirənlərin çoxu uşaqlardır.
Xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Şəhidlərin cənazələrinin dağıntılar altından çıxarılması, onların xəstəxanaya aparılması və dağıntılar altında qalanların talelərinin müəyyənləşməsi saatlarla vaxt aparıb.