Sionist rejimin Livanın cənubunda yerləşən Sur şəhərinə hücumları nəticəsində şəhid olanların sayı 6 nəfərə və yaralananların sayı isə 38 nəfərə çatıb.
Xəbər mənbələri sionist rejimin Livanın cənubuna 11 dəfə hücum etdiyi barədə məlumat veriblər. Bu hücumlar sionist ordusunun sözçüsünün bu bölgənin bəzi məntəqələrinin, o cümlədən Kuy əl-Bərik və Borc əl-Bəracənəhin sakinlərindən bölgəni tərk etmələrini istədikdən sonra baş tutub.
Bundan əlavə, sionist rejimin Beyrutun Cənubi Zahiyə bölgəsində yerləşən “əl- Leyləki” məntəqəsindəki Livan Universitetinin ətrafına ağır artilleriya hücumu həyata keçirib.
Livan Səhiyyə Nazirliyi də ötən cümə günü açıqlama verərək bildirmişdi ki, sionist rejimin hücumları nəticəsində ölkə şəhidlərinin sayı 3150 nəfərə, yaralıların sayı isə 13888 nəfərə çatıb.
Sionist rejimin ordusu Sentyabrın 23-də Livanın cənubundakı müxtəlif bölgərə qarşı hücumlara başlayıb. Livan Hizbullahı da ölkənin mülki əhalisinin hədəfə alınması müqabilində sakit dayanmayıb və ilk dəqiqələrdən etibarən sionistlərin təcavüzlərinə cavab olaraq çoxsaylı hücumlara başlayıb.