Xəbər mənbələri həftənin bazar günü sionist rejimin Livanın cənub və şərqindəki müxtəlif bölgərə qarşı hücumları zamanı 33 nəfər mülki şəxsin şəhid olması barədə məlumat veriblər.
Livan Səhiyyə Nazirlyi də sionist rejimin ölkənin cənub və şərqinə olan hücumlarında 33 nəfər mülki şəxsin şəhid olduğunu və onlarla digər insanın isə yaralandığını açıqlayıb.
Livan Səhiyyə Nazirliyi bundan öncə də ölkənin şərqində yerləşən Bəlbəək vilayətində 20 vətəndaşın şəhid olması barədə xəbər vermişdi.
Səhiyyə Nazirliyindən şənbə günü verilən məlumata əsasən, sionist rejimin təcavüzləri nəticəsində ölkədə şəhid olanların say 3136 nəfərə çatıb.