Sionist rejimin qırıcı təyyarələri Livanın cənubunda və şərqində yerləşən əsasən kənd yerlərini bombalayıblar. Livan Mülki Müdafiə Təşkilatının açıqlamasına görə, bu təcavüzlər nəticəsində əl-Bəqa vilayətindəki bir kənddə keçirilən yas mərasimində 12 nəfər şəhid olub.
İsrail rejiminin qırıcıları Livanın şərqində yerləşən əl-Bəqa bölgəsindəki əl-Bəzaliyə kəndində keçirilən yas mərasiminə hücum etməklə, ölkənin bir neçə vətəndaşının şəhid olması və yaralanmasına səbəb olublar.
Livan Mülki Müdafiə Təşkilatı bu hücumda həyatını itirənlərin ilkin sayının 12 nəfər olduğunu açıqlayıb.
İşğalçı ordunun təyyarələri, həmçinin əl-Bəqa bölgəsində yerləşən Bəlbəəkin əs-Səidə və Hədəs kəndlərini də bombalayıblar.
Sionist rejimin qırıcıları Livanın cənubunda yerləşən Hovməyn əl-Fəvqa, əs-Səvanəh, Təbnin və əş-Şəhabiyyə kəndlərinə də hücum ediblər.
İsrail rejiminin ordusu, həmçinin Zahiyə adlanan Cənubi Livanın ətraf bölgələrinin mülki sakinlərinə evlərini tərk etmələri ilə bağlı göstəriş veib. Bu bölgələrin sakinlərinin Hizbullahın obyektləri yaxınlığında yaşadıqları və sionist ordusunun yaxın günlərdə onlara qarşı tədbir görəcəyi iddia olunub.