Xəbər mənbələri Qəzzə zolağının mərkəzində yerləşən bir yaşayış mənzilinin bombalanması nəticəsində 4 nəfərin şəhid olduğu və onlarla insanın yaralandığı barədə məlumat veriblər.
Fələstin mənbələri sionist rejiminin qırıcılarının Qəzzə zolağının mərkəzində yerləşən “əl-Bəric” düşərgəsinin 6-cı hissəsində bir yaşayış mənzilini bombaladığını bildiriblər.
Dörd ailənin yaşadığı bu mənzilin bombalanması nəticəsində 4 Fələstin vətəndaşı şəhid olub və onlarla insan isə yaralanıb.
Bu hava hücumunda şəhid olan və yaralananlar “əl-Ovdə” xəstəxanasına aparılıblar. Əl-Ovdə xəstəxanası sionist rejiminin bombalamaqla hədələyərək boşaldılmasını istədiyini üç xəstəxanadan biridir.
Sionist rejimi Amerikanın dəstəyi ilə 7 Oktyabr 2023-cü il tarixindən etibarən Qəzzə sakinlərinə qarşı dağıdıcı müharibəyə başlayıb. Bunun nəticəsində də, böyük dağıntılar və ölümcül qıtlıqdan əlavə, əksəriyyəti qadın və uşaqlar olan minlərlə fələstinli şəhid olub və yaralanıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi çərşənbə axşamı açıqlama verərək bildirib ki, sionist rejimi ötən 24 saat ərzində Qəzzə zolağında 8 qətliam törədib. Nəticədə isə 56 nəfər şəhid olub və 278 nəfər isə yaralanıb.