Sionist rejiminin qırıcıları Livanın cənubunda yerləşən bir xilasetmə mərkəzinə hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, dünən (çərşənbə günü) sionist qırıcıları iki dəfə xilasetmə mərkəzinə və “Dərdəğya” məntəqəsində yerləşən kilsənin yaxınlığındakı bir evə hücum ediblər.
Livan Mülki Müdafiə Təşkilatı hadisədən bir neçə dəqiqə sonra məlumat yayaraq bu hücumda 5 xilasedicinin şəhid olduğunu açıqlayıb.
İsrail rejiminin ordusu ötən bir il ərzində Livanın cənubunda çox sayda jurnalist və xilasedici şəhid edib.
Livanın yerli mənbələri bildiriblər ki, dünən axşam həyata keçirilən hücum nəticəsində meydana gələn ziyanların həcmi çoxdur və dağıntıların aradan qaldırılması üçün səylər hələ də davam edir.
Xilasetmə qüvvələri dərhal hadisə yerinə yollanıblar və Livan Səhiyyə Nazirliyi isə bu hücumda digər 12 nəfərin də yaralandığını açıqlayıb.
Eyni zamanda Livanın rəsmi xəbər agentliklərindən biri bu hücumda kilsə yaxınlığında yerləşən livanlı bir qoca kişi və qadının evinin dağıdıldığı haqda məlumat verib.