Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi sionist rejiminin ötən ildən indiyə qədər 650 min şagirdi, 100 min tələbəni və Qəzzə bağçalarındakı 35 min fələstinli uşağı təhsildən məhrum etdiyini açıqlayıb.
Verilən məlumata əsasən, ötən ilin Oktyabr ayından etibarən, 11600 fələstinli şagird, 750 müəllim və təhsil içşisi şəhid olub, on minlərlə fələstinli şagird yaralanıb və ya əlil olub və psixoloji sarsıntı keçirib.
Məlumatda əlavə olaraq bildirilib: Həmçinin bu müddət ərzində 1100 tələbə və 130 universitet professoru şəhid edilib və minlərlə insan yaralanıb, digər yüzlərlə insanın taleyi ilə bağlı isə məlumat yoxdur.
Məktəblərin 93%-i qismən və ya tamamilə dağıdılıb, 130 universitet, kollec və akademiya da viran qoyulub.