Livanın cənubunda yerləşən Bint Cubeyldəki şəhid Səlah Ğəndur xəstəxanası bəyanat yayaraq bildirib ki, bu xəstəxananın İsrail rejimi tərəfindən bombalanmasından sonra 9 nəfər tibb işçisi ağır şəkildə yaralanıb.
Xəstəxana tərəfindən verilən bəyanatda deyilir: Bint Cubeyl şəhərinin şəhid Səlah Ğəndur xəstəxanası cümə günü axşam düşməndən xəbərdarlıq aldıqdan sonra sionist rejiminin vəhşi hücumlarına məruz qalıb. Bu hücumda əksəriyyətinin vəziyyəti ağır olan 9 nəfər tibb işçisi yaralanıb.
Verilən məlumata əsasən, bu vəhşi hücumdan sonra çox sayda tibb işçisi və xəstə xəstəxanadan çıxarılıb.
Xəstəxana rəhbərliyi təxliyə zamanı tibb işçilərinin çıxarılması və onların himayə olunmasında iştirak edən hər kəsə, xüsusən də Livan Qırmızı Xaç Cəmiyyətinə və ölkənin Mülki Müdafiə Qüvvələrinə təşəkkürünü bildirib.