Sionist rejimi ardıcıl olaraq 8-ci gündə gərginlikləri artıraraq Livana qarşı hücumlarının yeni dalğasına başlayıb. Livan xilasetmə qüvvələri işğalçı ordunun bir gün ərzində Livanın müxtəlif bölgələrinə 216 hücum həyata keçirdiyini bildiriblər.
Verilən məlumata görə, sionist rejimin qırıcıları bugün (bazar ertəsi) səhər saatlarında Livanın Sur və Buqa bölgələrini bombalamaqla 49 nəfəri şəhid edib və bir sıra insanı isə yaralayıb.
Livan Səhiyyə Nazirliyi dünən sionist rejiminin Livana hücumunda 109 nəfərin həyatını itirdiyini və 364 nəfərin isə yaralandığını açıqlayıb.
Həmçinin Livan xilasetmə qüvvələri bildiriblər ki, işğalçı ordunun Livanın müxtəlif bölgələrinə gündəlik hücumları nəticəsində Sentyabrın 23-dən indiyədək 36188 suriyalı və 41307 livanlı öz yaşadığı yerdən didərgin düşərək, Suriyaya gediblər.
Eyni zamanda BMT və digər beynəlxalq qrumlar humanitar böhranın baş verməsi ilə bağlı xəbərdarlıq ediblər.
Yayılan xəbərlər onu göstərir ki, işğalçı rejim Livanda “məhdud” iddia etdiyi “quru hücumu”na başlamaq üçün hazırlıqlar aparır. İşğalçı sionist rejimi ötən bir neçə gün ərzində belə bir addımın qarşısını almaq üçün Vaşinqtonun göstərdiyi təzyiqlərinə baxmayaraq, quru hücumu haqda ciddi şəkildə düşünür.