Sionist rejimi bugün (çərşənbə günü) səhər saatlarında Livanın şərqinə hava hücumlarının yeni mərhələsinə başlayıb. Bu rejimin dünən həyata keçirdiyi qanlı hücumlarda 564 livanlı, o cümlədən bir sıra qadın və uşaqlar şəhid olub. Eyni zamanda Livan Hizbullahı da cavab olaraq Tel-Əvivi və işğal altındakı digər məntəqələri raket atəşinə tutub.
Sionist rejimi bazar ertəsi günündən etibarən Livanın cənubundakı müxtəlif bölgələrə qarşı geniş miqyaslı hücumlara başlayıb. Yaşayış binalarını və mülki əhalini hədəfə alan bu cinayətkar hücumlar hələ də davam edir. Bu hücumlar nəticəsində minlərlə livanlı yurdundan didərgin düşüb.
Livan medialarının verdiyi məlumata əsasən, sionist rejiminin qırıcıları bugün Livana qarşı hücumlarının yeni mərhələsinə başlayıb. Onlar ölkənin şərqindəki Bəqa ərazisində olan bölgələri bombalayıblar.
Sionist qırıcıları bu hücumlarda Bəəlbək, Durres, əl-Cəmaliyyə, Berital, əl-Xızr, Əmhaz, Şəəs kəsişmə məntəqələri və Nəhlə şossesini bombalayıblar.
Livan Səhiyyə Nazirliyi bildirib: Sionistlərin bugün səhər saatlarından etibarən Livana hücumlarının ardınca, indiyə qədər 51 nəfər şəhid olub və 223 nəfər isə yaralanıb.