Cümə günü səhər sionist rejimin Qəzzənin mərkəzində yerləşən “ən-Nəsirat” düşərgəsinə hava hücumunda 12 fələstinlinin şəhid olması və yaralanması barədə məlumat verilib.
Yerli medialar bugün səhər (cümə günü) sionist rejimin Qəzzə zolağının mərkəzinə qeyri-insani hava hücumları həyata keçirdiyini bildiriblər.
Xarici KİV-in verdiyi məlumata görə, işğalçılara aid qırıcıların ən-Nəsirat düşərgəsinin qərbində yerləşən “Tel ən-Nuveyri” məntəqəsindəki bir evə hava hücumlarının ardınca 8 fələstinli şəhid olub və 4 nəfər isə yaralanıb.
Sionist rejimi 2023-cü ilin Oktybar ayının 7-dən bugünə qədər 41 mindən çox fələstinlini şəhid edib və azı 100 min nəfəri isə yaralayıb.