İşğal olunmuş Fələstin bölgələrində İsrail rejiminin davam edən məskunlaşdırma siyasətinə dair beynəlxalq tənqidlərdən sonra, Birləşmiş Millətlər Təşkilatı bu ilin ilk altı ayında dağıdılan fələstinlilərə məxsus evlərin sayı barədə bir hesabat yayımlayıb.
BMT-nin Humanitar İşlər Koordinasiya Ofisi (UNOCHA) son hesabatında İsrail rəsmilərinin bu ilin əvvəlindən (2021) bəri ən azı 421 fələstinlinin evini dağıtdığını söyləyib.
BMT-yə bağlı bir təşkilatın məlumatına görə, Sionist rejimin bu cinayəti nəticəsində bu il 320-si uşaq olmaqla 592 fələstinli evlərindən didərgin düşüb.
Bundan əlavə sionist işğalçılar keçən həftə çərşənbə axşamı Şəfat düşərgəsi ilə Qüdsün şimal-şərqindəki Anata qəsəbəsi arasında yerləşən Əs-Salam məhəlləsində inşa edilən bir məktəbi də dağıtmışlar.
Həmçinin, Sionist rəsmilər bu yaxınlarda Əl-Xəlilin Suq Əl-Cəmla bölgəsində 60 sionist massivi inşa etməyi planlaşdırır.
Əl-Aləm-ə istinadən verilən məlumata görə, Fələstin Azadlıq Təşkilatı bu il işğal altındakı Qüdsdə yaşayan fələstinlilərin evlərini dağıtmaqda Sionist rejimin misli görünməmiş rekord qırdığını elan edib.
Məlumatda bildirilir ki, Sionist rejimin siyasəti yalnız Qüds və ətraf məntəqələrdə sionist yaşayış massivlərini genişləndirməklə yekunlaşmır. Onlar eyni zamanda bu şəhərin simasını, sivilizasiyasını təhrif etməyə, demoqrafik dəyişikliklər etməyə çalışır.
Sionist rejim fələstinlilərin evlərini dağıtmaq da daxil olmaqla, müxtəlif yollarla “səssiz irqi təmizləmə” siyasətini davam etdirir.