Qəzzə Səhiyyə Nazirliyi son açıqlamasında Qəzzə şahidlərinin sayının 41084 nəfər olduğunu bildirib.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, sionist ordusunun ötən ilin Oktyabr ayının 7-dən etibarən, Qəzzə zolağına hücumları nəticəsində indiyədək 41084 nəfər şəhid olub.
Nazirlikdən verilən məlumata əsasən, sionist rejimin Qəzzə zolağına etdiyi hücumlarda yaralananların sayı 95029 nəfərə yüksəlib.
Həmçinin bildirilib ki, sionist rejiminin ordusu Qəzzədə 24 saat ərzində 4 cinayət və qətliam törədib.
Qəzzə Səhiyyə Nazirliyi bundan əlavə qeyd edib ki, sionist rejiminin ordusunun ötən saatlar ərzində Qəzzəyə olan hücumlarında 64 nəfər şəhid olub, 104 nəfər isə yaralanıb.
Qəzzə Səhiyyə Nazirliyi həyatını itirənlərin bəzisinin hələ də dağıntılar altında və küçələrdə qaldığını, işğalçıların da onlara yardım göstərilməsinə mane olduqlarını vurğulayıb.