İsrail ordusunun rəsmisi “Qüdsdə baş verənlər bütün regiona təsir edir və biz üçüncü Fələstin intifazəsindən narahatıq.” – deyə, bildirib.
Fələstin Online xəbər saytına istinadən verilən məlumata görə, işğalçı ordunun Qüdsdəki “Binyamin” diviziyasının rəsmisi bu gün (şənbə) sionist “Valla” saytına müsahibəsində deyib:
Biz vəziyyətin əksinə çevriləcəyi və üçüncü intifazənin başlanacağı günə hazırlaşırıq, ona görə də bir ay əvvəldən hazırlaşmaq üçün təlimlər keçirik.
Adı açıqlanmayan rəsmi işğal altındakı Qüdsün şimalında Qələndiyyə düşərgəsinin sakinləri ilə qarşıdurma zamanı çoxlu sayda İsrail hərbçisinin yaralandığını açıqlayıb. O, bir neçə ay əvvəl baş verən toqquşmalarda 12 sionist hərbçisinin yaralanıb xəstəxanaya yerləşdirildiyini, lakin rejim rəsmilərinin xəbərin mediyada yayımlanmasına mane olduğunu vurğulayıb.
İsrail ordusunun zabiti bu müsahibəsində deyib:
40 hərbçidən ibarət bir qrup bir gənc fələstinlini həbs etmək üçün sözü gedən düşərgəyə basqın edib, lakin sakinlərin əməkdaşlıq etməməsi səbəbindən onun şəxsiyyətini müəyyənləşdirmək və həbs etmək çətinləşib.
O, əlavə edib: Bu hücumdan sonra Qələndiyyə düşərgəsinin sakinləri İsrail əsgərlərinin üzərinə daş və evlərinin damından məişət əşyaları atıb. Nəticədə, 12 nəfər İsrail hərbçisi yaralanaraq xəstəxanaya yerləşdirilib.