Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi digər 47 nəfər fələstinlinin şəhid olması ilə Qəzzə şəhidlərinin sayının 40738 nəfərə çatdığını açıqlayıb.
Nazirlikdən verilən məlumata əsasən, sionist rejimi ötən 48 saat ərzində növbəti 3 cinayət törədib ki, bunun da nəticəsində, 47 nəfər şəhid olub, 94 nəfər isə yaralanıb.
Fələstin Səhiyyə Nazirliyindən, həmçinin bildirilib: Yeni şəhidləri nəzərə almaqla, əl-Əqsa Tufanı əməliyyatı başlayan vaxtdan (7 Oktyabr 2023-cü il) indiyə qədər şəhid olanların sayı 40738, yaralıların sayı isə 94154 nəfərə çatıb.
Sionist rejimi bu müddət ərzində Qəzzə zolağındakı evlərin və strukturların 70%-ni dağıdıb. Misli görünməmiş aclıq və qıtlıqla yanaşı, şiddətli mühasirə və humanitar böhran yaratmaqla bu bölgənin sakinlərinin həyatını təhlükəyə atıb.