Xəbər mediaları sionist hərbiçilərinin İordan çayının qərb sahillərinə hücumu zamanı şəhid olanların sayının 22 nəfərə çatması barədə xəbər veriblər.
Xəbər agentliklərindən birinin müxbiri bildirib: İordan çayının qərb sahillərində yerləşən Tülkərm düşərgəsindəki binada sionist hərbiçiləri ilə silahlı qarşıdurmanın ardınca, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Qüds batalyonlarına (Səraya əl-Qüds) bağlı Tülkərm batalyonunun komandiri Məhəmməd Cabir Əbu Şüca və 4 nəfər silahdaşı şəhid olub.
Yerli mənbələr işğalçı hərbiçilərin Tülkərm düşərgəsinə hücum zamanı 21 yaşlı fələstinli bir gənc Məcd Macid Davudun şəhid olduğunu bildiriblər. Sionist rejimi onun cənazəsini saxlayıb və ailəsinə təhvil verməyə razı olmayıb.
İordan çayının qərb sahillərində məscidin daxilində 5 fələstinlinin şəhid olması
Xarici KİV-in verdiyi məlumata görə, sionist rejimi ordusu İordan çayının qərb sahillərində yerləşən Nuru Şəms düşərgəsinin məscidində Fələstin müqavimət qüvvələrinin 5 üzvünü şəhid edib.
Medianın açıqladığı şəhidləri nəzərə almaqla, sionist rejiminin İordan çayının qərb sahillərinin müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi hücumlarda şəhid olanların sayı (cümə axşamı gününə qədər) 22 nəfərə çatıb.