HƏMAS-ın hərbi qolu olan İzzəddin Qəssam müqavimət qrupu 2 gənc döyüşçüsünün işğalçı ordunun dron hücumu nəticəsində Cenin düşərgəsində şəhid olduğunu bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin mediası həftənin bazar günü “Həmd Əbu İrrəh” və “Rəfət Dəvasi” adlı iki gəncin Cenin düşərgəsi yaxınlığında işğalçı ordunun onları daşıyan avtomobilə dron hücumu nəticəsində şəhid olduğu haqda məlumat verib.
Hadisədən sonra “İzzəddin Qəssam batalyonları” işğalçı ordunun dron hücumu nəticəsində şəhid olan Cenin düşərgəsinin bu iki fəal gəncinin müqavimət qrupunun üzvü oldunu açıqlayıb. Həmçinin bu iki şəhid müxtəlif əməliyyatların planlaşdırılması və icrasında rol oynayıb.
İşğalçı ordu da bu terror cinayətində ordunun və Şabakın (Daxili Təhlükəsizlik Agentliyi) həmkarlıq etdiyini bildirib.