İsrail hərbiçiləri qəflətən İordan çayının qərb sahillərindəki şəhərlərə daxil olmaqla bir fələstinlini şəhid edib, iki mənzili partladıblar.
Fələstindəki yerli mənbələr çərşənbə axşamı səhər, bir qrup İsrail hərbiçisinin qəflətən İordan çayının qərb sahillərinin mərkəzində yerləşən Ramullah və Birə şəhərlərinə girdiyi barədə məlumat veriblər.
İsrail qüvvələri şəhərlərə qəfil daxil olduqdan sonra “Əysər əl-Burğusi” və “Xalid əl- Xaruf” adlı fələstinli iki əsirin evini mühasirəyə alıblar.
Yerli mənbələrin verdiyi məlumata görə, sionist rejiminin təhlükəsizlik qüvvələri bu iki mənzili mühasirəyə aldıqdan sonra oraya bomba yerləşdiriblər.
Sionist rejiminin ordusu Yanvar ayının 8-də əl-Burğusi və əl-Xarufu Ramullahın şərqində əməliyyat keçirməyə cəhd etdikləri iddiası ilə həbs edib.
Fələstinli gənclər İsrail qüvvələrinin İordan çayının qərb sahillərinə girməsindən sonra onlarla toqquşublar.
Yerli mənbələr sionist hərbiçilərinin bu qarşıdurmada döyüş güllələrindən və gözyaşardıcı qazlardan istifadə etdiklərini bildiriblər.
Fələstin Tibb Kompleksindəki tibb işçiləri verdikləri müsahibədə bildiriblər ki, İordaniyanın qərb sahillərindən olan “Mötəz Sursur” adlı fələstinli gənc bu qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirildikdən sonra şəhid olub.
Sionist rejiminin ordusu işğal olunmuş Fələstində əl-Əqsa Fırtınası əməliyyatı başladıqdan sonra (2023-cü ilin Oktyabr ayının 7-si) İordan çayının qərb sahillərində 624 fələstinlini şəhid edib, 400 fələstinlini isə yaralayıb.