Bugün (çərşənbə günü) səhər, sionist rejiminin qırıcılarının Qəzzə zolağının mərkəzində və şimalındakı müxtəlif yaşayış bölgələrinə qarşı dəhşətli hücumlarında 16 fələstinli, o cümlədən qadın və uşaqlar şəhid olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, sionist rejimi ordusunun artilleriyası bugün (çərşənbə günü)səhər, Qəzzə zolağının cənubunda yerləşən Rəfəhin şimal və qərbindəki bölgələri atəşə tutub. Eyni zamanda bu rejimə aid qırıcı təyyarələr Qəzzə zolağının şimalında yerləşən Beyt Lahiya məntəqəsini bombalayıb. Bu hücumda bir neçə fələstinli şəhid olub.
Həmçinin işğalçı rejimə aid qırıcıların Qəzzənin mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki bir mənzilə hücumu zamanı 7 nəfər mülki şəxs o cümlədən 3 uşaq şəhid olub.
Bu dəhşətli hücumda Qəzzənin mərkəzində yerləşən bu düşərgədə bir evin sionist rejiminin cinayətkar ordusu tərəfindən bombalanması nəticəsində fələstinli bir körpənin başı bədənindən ayrılıb.
Sosial şəbəkə istifadəçiləri Qəzzənin mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki mənzilin bombalanmasından ortaya çıxan şəhidlərin cənazələrinin ağrılı və faciəli görüntülərini yayımlayıblar. Həmin şəhidlərdən biri bombardman nəticəsində başı bədənindən ayrılmış uşaq olub.

Eyni zamanda Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi dünən (çərşənbə axşamı günü) sionist rejiminin cinayətləri nəticəsində həyatlarını itirənlərin sayını açıqlayaraq onların sayının 40 minə yaxınlaşdığını bildirib.