Bugün (çərşənbə axşamı) səhər tezdən sionist rejiminin ordusunun Qəzzənin müxtəlif bölgələrinə hücumunda 20-dən çox fələstinli şəhid olub və yaralanıb.
Yerli medialar çərşənbə axşamı günü səhər sionist rejiminin ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı cinayətkar hücumları barəsində məlumat veriblər.
Xəbər agentliklərindən birinin müxbiri bu barədə bildirib ki, işğalçılara aid qırıcı təyyarələrin Qəzzə şəhərinin şimalında yerləşən “Şeyx Rizvan” məhəlləsindəki bir binaya hücumunun ardınca 2 fələstinli şəhid olub və 6 nəfər isə yaralanıb.
Onun sözlərinə görə, Qəzzə zolağnın cənubunda yerləşən “Xan Yunis” şəhərinin şərqindəki “Əbəsan əl-Kəbirə” qəsəbəsində bir evin bombalanması 10 nəfərin şəhid olmasına və 2 nəfərin yaralanmasına səbəb olub.
Xarici KİV-in verdiyi məlumata görə, sionistlərin Qəzzənin mərkəzindəki Deyr əl- Bələh bölgəsinə hava hücumu nəticəsində 1 fələstinli şəhid olub və 5 nəfər isə yaralanıb.
Verilən məlumatlara əsasən, işğalçılar, həmçinin Qəzzə zolağnın cənubunda yerləşən Rəfəh şəhərinin qərbində yerləşən “Həyy əl-Bərahəməh” və “Tel əs-Sultan” bölgələrindəki meydanları və yaşayış binalarını partladıblar.
Sionist rejimi 2023-cü ilin Oktyabr ayının 7-dən və Qəzzə zolağına qarşı cinayətkar hücumlara başlayan vaxtdan etibarən, 40 minə yaxın fələstinlini şəhid edib və azı 92 min insanı isə yaralayıb.