Fələstin Səhiyyə Nazirliyi Qəzzədəki soyqrım müharibəsinin son itki statistikasını açıqlayaraq şəhidlərin sayının 39583, yaralıların sayının isə 91398 nəfərə çatdığını bildirib.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin dünənki açıqlamasına əsasən, işğalçı sionist qüvvələri son 24 saat ərzində Qəzzə zolağındakı insanlara qarşı 2 qətliam törədiblər ki, bunun da nəticəsində, 33 nəfər şəhid olub və 118 nəfər isə yaralanıb.
Bu məlumata əsasən, 2023-cü ilin Oktyabr ayının 7-dən, yəni əl-Əqsa Fırtınası əməliyyatı başlayan vaxtdan indiyədək Qəzzə zolağında 39583 nəfər şəhid olub və 91398 nəfər isə yaralanıb.
Həmçinin bir sıra həyatını itirənlərin hələ də dağıntılar altında qaldğı və xilasetmə və mülki müdafiə qüvvələrinin onların cəsədlərinə yetişə bilmədikləri bildirilib.