On minlərlə sionist Tel-Əvivdə və işğal olunmuş Fələstinin müxtəlif bölgələrində nümayişlər keçirməklə Netanyahu kabinetinin devrilməsini və Fələstin müqavimət qüvvələri ilə əsirlər mübadiləsinə razılıq əldə edilməsini tələb ediblər.
“İsrail” küçələrində Benyamin Netanyahu əleyhinə keçirilən həftəlik nümayişlər davam edir. Sionistlərin nümayişləri Netanyahunun ABŞ Konqresində Qəzzə zolağına qarşı təcavüzlərinə davam edəcəyini vurğuladığı son çıxışından sonra daha da şiddətlənib. İsrailli əsirlərin ailələri Netanyahunun öz mənfəətlərinə xatir müharibənin dayanması üçün göstərilən bütün səyləri məhv etdyini və Fələstin müqaviməti yanında olan israilli əsirlərin qaytarılması fikrindən daşındığını bildiriblər.
Sionist rejiminin TV kanllarından birinin keçirdiyi sorğu göstərib ki, israillilərin 62%-i əsirlərin qaytarılmasının Qəzzəyə təcavüzün davam etməsindən daha mühüm olduğuna inanır. 51% sionist isə Netanyahunun siyasi maraqlarına görə bu razılaşmanın baş tutmadığını düşünür.
İbrani mənbələr bildiriblər ki, Tel-Əvivdə, işğal altındakı Qüdsdə və digər 50 yerdə Netanyahuya qarşı on minlərlə insanın keçirdiyi nümayişlər sionistlərin əsirlər mübadiləsi müqaviləsinin imzalanmasından məyus olduqlarını göstərir. Sionistlər əsirlər mübadiləsi razılaşmasının Netanyahunun bəzi siyasi maraqlarına görə təxirə düşdüyünü vurğulayırlar. Buna görə də, onlar Netanyahunun kənarlaşmasını və növbədənkənar seçkilərin keçirilməsini istəyirlər.