Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi fələstinli şəhidlərin sayının 39145 nəfərə çatdığını açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyi bildirib: Sionist rejimi ötən 24 saat ərzində Qəzzə zolağında 3 qətliam törədib ki, bunun da nəticəsində 55 nəfər şəhid olub və 110 nəfər isə yaralanıb.
Bu məlumata əsasən, bu şəhidləri də nəzərə almaqla 2023-cü ilin Oktyabr ayının 7-dən indiyə qədər şəhid olanların sayı 39145 nəfərə, yaralananların sayı isə 90257 nəfərə yüksəlib.
Sionist rejiminin cinayətkarlığının davamı elə bir zamanda baş verir ki, bugün (çərşənbə günü) Birləşmiş Millətlər Təşkilatının sözçüsü təkcə bir gündə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərindəki 150 min fələstinlinin sionist rejimi ordusunun hücumlarına görə qaçqın düşərək evsiz qaldığını bildirib.
Stefan Düjarrik mətbuat konfransında bildirib ki, sionist rejimi ordusunun fələstinlilərə təxliyə əmrləri onların həyatlarını alt-üst edir.
Düjarrik, həmçinin deyib: Sionist rejimi ordusunun Xan Yunisdə hərbi əməliyyata başlamazdan yanlız bir neçə dəqiqə əvvəl fələstinlilərə təxliyə əmr verməsi bu insanların həyatını təhlükəyə salır.
O, bildirib: Təkcə həftənin bazar ertəsi günü 150 min insan Xan Yunisi tərk etməyə məcbur olub.