Xəbər mənbələri sionist rejiminin ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı hücumlarının davam etməsi və bugün (çərşənbə günü) səhər saatlarında azı 28 Fələstin vətəndaşının şəhid olması barədə məlumat veriblər.
Fələstin tibb mənbələri bu barədə bildiriblər: Sionist rejiminin ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə olan hücumlarında 18 Fələstin vətəndaşı şəhid olub.
Eyni zamanda xəbər mənbələri Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində 4 fələstinlinin şəhid olduğunu və onların Nasir xəstəxanasına aparıldıqları barədə məlumat veriblər.
Qəzzə zolağında yerləşən Şeyx Rizvan məntəqəsində Əbu Səfiyyə ailəsinə məxsus mənzilin bombalanması zamanı da bir neçəsi uşaq olmaqla 6 nəfər şəhid olub.
Sionist rejiminin Apaçi helikopterləri Qəzzənin cənub-şər qində yerləşən əz-Zeytun məntəqəsinin şərq bölgələrini də atəşə tutublar.
Sionist rejiminin ordusuna aid tanklar da bugün (çərşənbə günü) səhər saatlarında Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsini şiddətli şəkildə güllə-baran edib.
Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin şimal-qərbindəki və öncədən təhlükəsiz məkan adlandırılan əl-Məvasi məntəqəsində olan qaçqın çadırlarının havadan bombalanması bir sıra insanların şəhid olması və yaralanması ilə nəticələnib.
Sionist rejiminin kiçik döyüş gəmiləri ağır artilleriya ilə Qəzzə şəhərində yerləşən “əş-Şati” düşərgəsinin qərb bölgələrini hədəfə alıblar.