Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi yeni statistikasında Qəzzə müharibəsində şəhid olanların sayının 37347 nəfərə yüksəldiyi açıqlayıb.
2023-cü ilin Oktyabr ayının 7-dən etibarən sionist rejimi Amerikanın dəstəyi ilə Qəzzə zolağına qarşı dağıdıcı hücumlara başlayıb. Bu hücumlarda əksəriyyəti qadın və uşaqlardan ibarət on minlərlə fələstinli şəhid olub ya da yaralanıb, Qəzzə zolağının strukturları geniş həcmdə dağıdılıb və bu bölgədə misli görünməmiş insan fəlakəti baş verib.
Bu hücumlarda, sionist rejiminin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində və ciddi şəkildə qida, su, dərman və yanacaq çatışmazlığının ardınca, Qəzzə zolağının sakinləri qıtlıq təhlükəsi ilə üzləşiblər. Bu bölgədəki uşaqların və yaşlı insanların həyatı risk altındadır.
Dünən (bazar ertəsi günü)Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi sionist rejimi ordusunun 24 saat ərzində Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı digər 2 cinayət törədib.
Xarici KİV-in verdiyi məlumata əsasən, nazirlikdən, həmçinin bildirilib ki, sionist rejiminin 24 saat ərzində həyata keçirdikləri hücumlarda 10 fələstinli şəhid olub və digər 73 nəfər isə yaralanıb.
Qəzzə Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu vaxta qədər müharibədə şəhid olanların sayı 37347 nəfərə, yaralıların sayı isə 85372 nəfərə çatıb. Müharibə şəhidlərinin 70%-dən çoxu qadın və uşaqlardır. 10 mindən çox insan da itkin düşüb və dağıntılar altında qalıb.