İsrail qırıcıları şənbə günü səhər saatlarında Qəzzə şəhərinin şimalındakı bir evi bombalayıblar. Bunun nəticəsində də həmin gün səhər saatlarına qədər 4 nəfər şəhid olub və 14 nəfər yaralanıb.
Bu cinayət Şeyx Rizvan məhəlləsində baş verib vəv məhəllənin müdafiəsiz insanlarının evləri bombalanıb.
Verilən məlumata əsasən, şəhid olan və yaralananların azı 8-i uşaq olub.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi cümə günü axşam, sionist rejiminin 24 saat ərzində 8 qətliam törətdiyini və nəticədə 77 nəfərin şəhid, 221 nəfərin isə yaralandığını açıqlayıb.
Nazirlikdən bildirilib: Bu şəhid və yaralıları hesablamaqla, 2023-cü ilin Oktyabr ayının 7-də əl-Əqsa Fırtınası əməliyyatlarının başlamasından indiyə qədər Qəzzə şəhidlərinin sayı 36 731, yaralıların sayı isə 83 530 nəfərə çatıb.
Bundan əlavə, xəbər mənbələri cümə günü səhər məlumat verərək bildiriblər ki, sionist rejiminin əl-Vusta məntəqəsinə olan hücumları nəticəsində 5 gün ərzində 200-dən çox insan şəhid olub.
Sionist rejiminin Qəzzə zolağına qarşı nəticəsiz qalan 8 aylıq təcavüzündən sonra bu rejim hər gün daha çox daxili və xarici böhranda batır.
İşğalçı rejimin bu müddət ərzində bu bölgədə qətliam, dağıntı, hərbi cinayətlər, beynəlxalq qanunları pozmaq, xilasedici qrumları bombalamaq, qıtlıq və aclıqdan başqa heç bir nailiyyəti olmayıb.
Sionist rejimi gələcəkdə əldə edəcəyi hər hansı bir nailiyyəti nəzərə almadan bu müharibəni uduzub. Hətta uzun bir müddət keçdikdən sonra belə, uzun illər mühasirədə olmuş kiçik bir bölgədə müqavimət qruplarını təslim edə bilməyib. O, Qəzzənin müxtəlif bölgələrində törətdiyi açıq-aşkar cinayətlərə və Rəfəh keçidinə hücum etdiyinə görə, hətta qlobal ictimai rəyin dəstəyini də itirib.