Sionist qüvvələri ardıcıl olaraq 242-ci gündür ki, Fələstin xalqına qarşı soyqrım müharibəsini davam etdirirlər. Onlar Qəzzənin müxtəlif bölgələrində hava və artilleriya bombardmanlarını davam etməklə yanaşı, mülki əhaliyə qarşı vəhşicəsinə qırğınlar törədirlər.
Bugün çərşənbə axşamı günü, səhər saatlarından etibarən, sionist ordusu Rəfəh şəhərinin böyük şəhərlərinə qarşı quru hücumlarının davamı olaraq hava və artilleriya hücumlarını gücləndirməklə bu şəhərin bir çox müdafiəsiz sakinini şəhid edib və yaralayıb.
Sionist rejiminə aid qırıcıların Qəzzənin şərqində yerləşən “əd-Dərrac” məhəlləsindəki bir evə hava hücumunda oranın 3 sakini şəhid olub.
Həmçinin, sionist ordusu Qəzzə şəhərinin “əs-Səbra” və “əz-Zeytun” kimi cənub məhəllələri istiqamətində ağır artilleriya atəşləri ilə eyni zamanda oranın bir sıra vətəndaşını, o cümlədən uşaq və qadınları yaralayıb.
İsrailin “kvadrokopter” təyyarələri Nəsirat düşərgəsindəki “əl-Ovdə” xəstəxanasının ətrafına atəş açıblar və Qəzzə şəhərinin cənubundakı “Netsarim”i hədəfə alıblar.
Fələstin xəbər mənbələrinin məlumatlarına əsasən, çərşənbə axşamı günü səhər saatlarına yaxın bir vaxtda işğalçıların bombardmanları nəticəsində fələstinli jurnalist “Muhəmməd Ğanim”in Qəzzənin mərkəzində yerləşən “Bəric” qaçqın düşərgəsindəki evi hədəfə alınıb. Bunun nəticəsində də, 3-ü uşaq olmaqla 4 vətəndaş şəhid olub və bəziləri də yaralanıblar. Həmçinin bu mənfur hücumda həmin düşərgənin qaçqınlarının məskunlaşdığı “Əbu Holv” məktəbi vurulub, amma itki haqda məlumat verilməyib.
Qəzzənin şimalında da mülki müdafiə qüvvələri bugün sübh vaxtı sionist təyyarələrinin “Ğəbayin” ailəsinin Qəzzə şəhərinin şərqində yerləşən “əs-Sidrə” məscidi yaxınlığındakı “əd-Durc” məhəlləsində olan evini hədəf aldıqdan sonra 3 şəhidin cənazəsini və bir neçə yaralını dağıntılar altından çıxarıblar.
Fələstin Səhiyyə Nazirliyi bundan öncə, düşmən qüvvələrinin ötən 24 saat ərzində 4 qırğın törədərək 40 nəfəri şəhid edib, 150 nəfəri isə yaraladıqlarını açıqlamışdı.
Səhiyyə Nazirliyi “İsrail”in bu vəhşi hücumlarında həyatını itirənlərdən bəzilərinin hələ də dağıntılar altında qaldığına və təcili yardım maşınlarının onların vəziyyəti ilə maraqlana bilmədiyinə toxunub. Nazirlik, həmçinin sionistlərin Oktyabrın 7-dən indiyədək Qəzzə zolağına qarşı davamlı təcavüzləri nəticəsində şəhid olanların sayının 36479, yaralıların sayının isə 82777 nəfər olduğunu açıqlayıb.