Fələstin mənbələri sionist rejiminin hərbiçilərinin İordan çayının qərb sahillərində yerləşən Ramullah şəhərinə hücum edərək tərəvəz bazarını yandırmaları barədə məlumat veriblər.
Fələstin İnformasiya Mərkəzinin hesabatına əsasən, yerli mənbələr bildiriblər ki, işğalçı İsrail hərbiçiləri dünən səhər saatlarına yaxın bir vaxtda İordan çayının qərb sahillərində yerləşən Ramullah şəhərinə hücum edib, fələstinlilərə tərəf çox sayda gözyaşardıcı qaz atıblar.
Bu hücumda Ramullahdakı tərəvəz bazarına atılan gözyaşardıcı qazlar nəticəsində bazarda böyük yanğın baş verib.
Qlobal etirazlara və müxalifətə, müharibənin və fələstinlilərin öldürülməsinin dayandırılması ilə bağlı Haaqa Məhkəməsinin hökmünə baxmayaraq, sionist rejiminin Fələstinin müxtəlif bölgələri, xüsusən də Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə qarşı vəhşi hücumları davam edir.
Beynəlxalq Ədalət Məhkəməsi verdiyi hökmdə Rəfəhə qarşı müharibənin dayandırılmasını və bu bölgənin camaatına humanitar yardımların çatdırılması üçün Qəzzə keçidlərinin açılmasını istəyib.