Dünən səhər saatlarına yaxın bir vaxtda verilən məlumata əsasən, sionist rejiminin artilleriyası və qırıcıları Qəzzə zolağının cənubunda yerləşən “Rəfəh” şəhərinə qarşı hücumlar həyata keçiriblər.
Fələstin mediaları dünən səhər saatlarına yaxın bir vaxtda sionist rejiminin ordusunun dünya ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, “Rəfəh” şəhərinə yenidən hava hücumları həyata keçirməsi barəsində məlumat veriblər.
Xarici KİV-in bu barədə verdiyi məlumata əsasən, sionist rejiminin artilleriyası və qırıcıları Qəzzə zolağının ən cənub hissəsi olan Rəfəhə hücum ediblər.
Bu məlumatda bildirilir ki, ötən 24 saat ərzində işğalçıların Rəfəhə olan hücumlarında bir neçəsi uşaq olmaqla 21 fələstinli şəhid olub.
Digər tərəfdən də jurnalistlərdən biri sionistlərin Qəzzə şəhərindəki “əz-Zəhra məktəbi” yaxınlığında yerləşən bir yaşayış binasına hücumunun ardınca şəhid olmuş 5 nəfərin qalıqlarının və bəzi yaralıların dağıntılar altından çıxarıldığını bildirib.
Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü sionist rejiminin 6 yeni cinayət törətdiyini və bunun nəticəsində də, 75 nəfərin şəhid olduğunu, 248 nəfərin isə yaralandığını bildirmişdi.
Bu məlumata əsasən, Qəzzə şəhidlərinin sayı 36171 nəfərə, yaralıların sayı isə 81420 nəfərə çatıb.