Sionist rejiminə aid qırıcılar bugün səhər saatlarına yaxın Qəzzə zolağında yerləşən ən-Nəsirat düşərgəsini bombalamaqla bir evdə 4 fələstinlinin həyatına son qoyublar.
Xarici KİV-in verdiyi məlumata görə, sionistlərin bugün səhər saatlarına yaxın br vaxtda törətdiyi cinayətdə və Qəzzə zolağında yerləşən ən-Nəsirat düşərgəsini bombalanmasında bir evdə 4 fələstinlinin şəhid olmasından əlavə, digər 15 nəfər də yaralanıb.
Bu məlumata əsasən, bu hücumdan sonra bir neçə nəfər hələ də dağıntılar altında qalıb və xilasedicilər onları çıxara bilməyiblər.
Verilən başqa bir məlumata görə, sionist rejiminin ordusuna aid bir dron bugün səhər saatlarına yaxın İordaniyanın qərb sahillərində yerləşən Nablusdakı Bəlatə düşərgəsində bir yeri hədəfə alıb.
Bu hücumun hədəfinin müqavimət döyüşçülərinin bir qrupunu öldürmək olduğu bildirilib. Amma yerli mənbələr bildiriblər ki, bu hücum uğursuz olub və müqavimət qüvvələrindən heç birinə zərər dəyməyib.