Növbəti 75 fələstinlinin şəhid olması ilə Qəzzə zolağındakı şəhidlərin sayı 36171 nəfərə çatıb.
Verilən məlumata əsasən, Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, sionist rejiminin ordusu ötən 24 saat ərzində Qəzzə zolağında növbəti 6 cinayət törədib. Bu hücumda 75 fələstinli şəhid olub və 284 nəfər yaralanıb.
Qəzzə Səhiyyə Nazirliyi, həmçinin açıqlama verərək bildirib: Yeni statistik məlumatları hesablamaqla, sionist rejiminin Qəzzə zolağındakı fələstinlilərə qarşı hücumlarında şəhid olanların sayı 36171, yaralıların sayı isə 81420 nəfərə çatıb.
Şəhid və yaralıların əksəriyyəti qadın və uşaqlardan ibarətdir.
Minlərlə insan hələ də itkin düşüb və dağıntılar altındadır.