İsrail rejiminin ordusunun İordan çayının qərb sahillərində yerləşən Cenin düşərgəsindəki bir mənzilə hava hücumunda azı 1 nəfər şəhid olub və digər 8 nəfər isə yaralanıb.
Fələstin mənbələri İordan çayının qərb sahillərində yerləşən Cenin düşərgəsinin İsrail qırıcıları tərəfindən bombalanması barəsində məlumat veriblər.
Sionist rejimi ordusu qısa bir müddətdən sonra verdiyi bəyanatda bu hücumu təsdiqləyib və hava hücumu ilə Cenin düşərgəsində silahlı bir dəstəni hədəfə aldıqlarını bildirib. Həmçinin onların yaxın gələcəkdə əməliyyat keçirmək üçün Cenindəki bir evdə saat bombası hazırlamaqla məşğul olduqlarını iddia edib.
Bundan öncə də sionist rejimi tərəfindənİordan çayının qərb sahillərində hava hücumları həyata keçirilməyinə baxmayaraq, bu, öz növbəsində nadir hesab olunur.
Sionist rejiminin hərbiçiləri Oktyabrın 7-də əl-Əqsa Fırtınası əməliyyatı olan gündən etibarən, hər gün İordan çayının qərb sahillərinə hücum etmələrinə rəğmən, İsrail oradakı müxtəlif bölgələrə təkcə bir neçə dəfə hava ilə hücum edib.
Fələstin Səhiyyə Nazirliyi bu hücuma işarə edərək bildirib ki, İsrailin Cenin düşərgəsindəki bir evə hava hücumu zamanı azı 1 nəfər şəhid olub və digər 8 nəfər isə yaralanıb.