Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi sionist rejimi ordusunun Qəzzə zolağına qarşı hücumlarında şəhid olanların sayının 35709 nəfərə çatdığını açıqlayıb.
Qəzzə zolağındakı Fələstin Səhiyyə Nazirliyi bugün (çərşənbə günü) verdiyi bəyanatda bildirib ki, işğalçı sionist ordusu ötən 24 saat ərzində Qəzzə zolağının müxtəlif bölgələrində fələstinli ailələrə qarşı 6 qətliam törədib. Bunun nəticəsində də 62 şəhid və həmçinin 138 yaralı xəstəxanalara yerləşdirilib.
Nazirlikdən verilən məlumata görə, həyatlarını itirənlərin bir çoxu hələ də dağıntılar altında yaxdud da yollardadır. Xilasetmə və Mülki Müdafiə qüvvələrinin onlara əli çatmır.
Bundan əlavə, Nazirlikdən işğalçı rejimin Oktyabr ayının 7-dən indiyə qədər Qəzzə zolağına qarşı həyata keçirdiyi hücumlar nəticəsində şəhid olanların sayının 35709 nəfərə, yaralıların sayının isə 79990 nəfərə çatdığını bildirib.