Sionist köçkünləri İordan çayının qərb sahillərinin cənubunda yerləşən əl-Xəlildəki Tarqumiyyə keçidində Qəzzə zolağına humanitar yardımlar daşıyan yük maşınlarının yolunu bağlayıb, onların bu zolağa daxil olmalarına mane olublar.
İsrail qəzetlərindən biri yazıb: Köçkünlər Tarqumiyyə keçidindən Qəzzə zolağına tərəf keçən yük maşınlarının hərəkətinin davam etməsinin qarşısını almaq üçün daşdan maneə yaradıblar.
Bununla əlaqədar olaraq, Fələstin xəbər agentliklərindən biri sionist köçkünlərinin bazar günü axşam Nablusun cənubunda yerləşən “Bita” şəhərciyi yaxınlığında kənd təsərrüfatı ilə bağlı yardımlar daşıyan yük maşınına hücum etdiklərini bildirib.
Bu xəbər agentliyi təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, köçkünlər Qəzzə zolağına un daşınması bəhanəsi ilə İordaniyadan Nablus əkinçilərinə kömək üçün gələn və taxıl və yem daşıyan yük maşınına hücum ediblər.
Ötən həftənin bazar ertəsi günü də ivrit mediaları bildirmişdilər ki, israilli köçkünlər İordaniya yolunda yardım daşıyan 9 ədəd yük maşınını qarət edib, onlara zərər vurublar və Tarqumiyyə keçidində isə yük maşınlarından birini yandırıblar.
Sionist rejimi 10 gün öncə 2 milyon qaçqının da daxil olduğu 2.3 milyon fələstinlinin yaşadığı Rəfəh və Kərəm Şalom keçidlərini humanitar yardımların üzünə bağlayıb və Qəzzə zolağında vəziyyəti daha da fəlakətli edib.