İşğalçı rejimin ordusunun Qəzzə şəhərində müdafiəsiz və dinc insanların evlərinə hücumları 4 nəfərin şəhid olması və 9 nəfərin yaralanması ilə nəticələnib. Bəzi mənbələr həyatlarını itirənlərin sayının artma ehtimalının olmasını bildiriblər.
Bu hücumda Qəzzənin Yərmuk məntəqəsində “Əbu Ləylə” ailəsinə aid mənzil hədəfə alınıb.
Qəzzənin Yardım və Xilasetmə Təşkilatının ilkin hesabatında bu hücumda bir ana və övladının şəhid olmasını açıqlamışdı.
Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi günü bildirmişdi ki, işğalçı rejimin ordusu ötən 24 saat ərzində Qəzzə zolağında növbəti 7 qəltiam və cinayət törədib.
Adı çəkilən Nazirlikdən bidirilib: Bu hücumlar zamanı 57 fələstinli şəhid olub, 82 nəfər də yaralanıb.