Fələstin Səhiyyə Nazirliyi bugün çərşənbə axşamı günü, sionist rejiminin son 24 saat ərzində bir neçə yeni cinayət törədərək 300-dən çox fələstinlinin şəhid olması və yaralanmasına səbəb oldğunu açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionist rejimi ötən 24 saat ərzində Qəzzədə 8 yeni cinayət törədib. Bunun nəticəsində də, 82 nəfər şəhid olub və 234 nəfər yaralanıb.
Çox sayda fələstinli qurbanlar hələ də dağıntılar altındadırlar. Ağır bombardmanlar yaxud əsas yolların dağıdılması səbəbilə onlara yetişmək və kömək etmək imkanı yoxdur.
Fələstin Səhiyyə Nazirliyi bu minvalla sionist rejiminin 221 gün ərzindəki hər tərəfli təcavüzləri nəticəsində Qəzzə zolağında şəhid olanların sayının 35173 nəfərə, yaralıların sayının isə 79061 nəfərə çatdığını açıqlayıb.
Sionist rejiminin ötən gecə törətdiyi cinayətlərdən yalnız biri Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsində fələstinli qaçqınların məskunlaşdığı üç mərtəbəli bir mənzili bombalayaraq dağıtması olub. Bu cinayətin nəticəsində azı 20 nəfər şəhid olub.