250-ə yaxın sionist köçkün yenə də Qəzzənin mühasirədə olan xalqı üçün humanitar yardımlar daşıyan yük maşınlarına hücum ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, bu hadisə bazar ertəsi axşam saatlarında baş verib və təxminən 250 nəfər sionist köçkün Qəzzəyə daxil olması planlaşdırılan qida maddələri daşıyan yük maşınlarının yolunu başlayıb.
Qəzetlərindən biri bildirib ki, İsrail polisinin müdaxilə etməsinə baxmayaraq, əslində, köçkünlərin qarşısını almayıb və onlar maşınlardakı qida maddələrinin bir hissəsini yerə töküblər.
Köçkünlər bundan öncə də buna oxşar hərəkət etmiş, İordaniyadan Qəzzə xalqına göndərilmiş un daşıyan maşınlara hücum etmişdilər.
İordaniya bəyanat yayaraq bu hərəkəti şiddətli şəkildə pisləmiş və onun qarşısının alınmasını istəmişdi.
İsrail polisi bəzi köçkünlərin yük maşınlarına zərə vurduqlarını və rejim qüvvələrinin köməklərin Qəzzəyə daxil olması üçün yoldakı maneələri aradan qaldırmağa çalışdıqlarını açıqlayıb.
Qəzetin yazdığına əsasən, köçkünlərin yük maşınlarına hücum edəcəkləri ilə bağlı çağırış yaymaqlarına rəğmən, İsrail polisi yenə də bu addımın qarşısının alınması üçün lazımı tədbirlər görməyib.
7 aydan çoxdur ki, Qəzzədə müharibə davam edir. Qəzzə xalqı İsrail qüvvələrinin mühasirəsi altındadır və onlar qida maddələri və tibbi ləvazimatlara möhtacdırlar.
İsrail rejimi göndərilən yardımların təkcə məhdud bir hissəsinin Qəzzəyə girişinə icazə verir.