Beton divar və “İsrail”in qəsəbəsalması qaşısında müqavimət şurasının rəhbəri Müəyyid Şaban bildirib ki, ordu qüvvələri və sionist köçkünlər 2024-cü ilin Aprel ayında İordaniyanın qərb sahillərindəki fələstinlilərə qarşı 1242 hücum həyata keçiriblər.
Bu hücumlar Nablus, əl-Xəlil və Ramullahda baş verib. Nəticədə 5 nəfər şəhid olub, camaatın avtomobil və əmlaklarına ciddi şəkildə ziyanlar dəyib.
Bu ayda Sidi Bar sionist qəsəbəsinin genişləndirilməsi üçün Beyti Ləhmin şərqində yerləşən Ərəb ət-Təamura kəndindən 172 sot torpaq müsadirə edilib.
Eyni zamanda sionist rejiminin maliyyə naziri Bezalil Smotriç İordaniyanın qərb sahillərindəki 5 sionist məskunlaşma icmasının qanuni qəsəbələrə çevrilməsi planının qəbul edilməsi haqda məlumat verib.
Sionist rejimi Aprel ayında Qüdsdə, Tülkərmdə, Yerihoda və əl-Xəlildə 33 obyekti, 8 yaşayış məskənini, yaşayış məskəni olmayan 3 evi, 5 əkinçilk obyektini, Ramullahda, Sələfiyyətdə və əl-Birada 18 ev və obyekti dağıdıb.