Yerli mənbələr əl-Xəlilin cənubunda sionitlərin açdıqları atəş nəticəsində fələstinli bir gəncin şəhid olduğu barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata əsasən, yerli mənbələr bildiriblər ki, əl-Xəlilin cənubunda yerləşən Zahiriyyə qəsəbəsində fələstinli bir gənc sionist həriçiləri tərəfindən güllələnərək şəhid olub.
Bu mənbələrin sözlərinə görə, sionist həriçiləri fələstinli gənc “Ribhi Mənsiyyə”ni təqib edərək ona tərəf atəş açıblar və sonda bu gənc şəhid olub.
Sionist rejiminin ordusu əl-Əqsa Fırtınası əməliyyatı və Qəzzə əleyhinə müharibə başlayan vaxtdan indiyə qədər İordaniyanın qərb sahillərində yerləşən müxtəlif bölgələrdə 500-ə yaxın fələstinlini şəhid edib.