Fələstinli mənbələr İsrailə aid qırıcı təyyarələrin Qəzzənin qərbində Qırmızı Xaç Təşkilatının qərargahına hücum etmələri barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, cümə günü günorta saatlarında Qəzzə şəhərinin qərbindəki “əl-Vəhdə” küçəsində yerləşən “ər-Rəmal” klinikasının önündə olan Qırmızı Xaç Təşkilatının qərargahı hücuma məruz qalıb.
Fələstin mediaları bu qərargahda fələstinli qaçqınların məskunlaşdığını və hücumun ardınca bir neçə nəfərin şəhid olub, bəzilərinin isə yaralandığını bildiriblər.
Bəzi Fələstin mənbələri şəhid olanların sayının azı 3 nəfər olduğunu açıqlayıblar, amma yaralıların sayı barəsində dəqiq məlumat yoxdur.
Sionist rejimi bundan öncə də Qəzzədə qida paylamaqla vəzifələndirilən beynəlxlq qrupun maşınına da hücum etmişdi.
Aprelin əvvəllərində də İsrail aid bir dron “Ümumdünya Mərkəzi Mətbəx” təşkilatının işçilərini daşıyan maşına hücum edib. Bunun nəticəsində fələstinli olmayan azı 7 nəfər işçi həyatını itirib.
Bu hücum çoxlu reaksiyalarla üzləşdi və bu hücumda həmyerlilərindən biri itirən Avstraliya fasiləsiz olaraq sionist rejiminin səfiri çağırıb.