Xəbər mənbələri sionist rejiminin ordusunun Livanın cənubundakı bir məntəqəni qadağan olunmuş fosfor silahları ilə hədəfə aldığı haqda məlumat veriblər.
Verilən məlumata əsasən, sionist rejiminin ordusunun artilleriyası dünən səhər saatlarına yaxın vaxtda qadağan olunmuş fosfor silahları ilə Livanın cənubunda yerləşən əl-Xəyyam qəsəbəsinin ətrafına hücum edib.
Sionist rejiminin pilotsuz hücum təyyarələri də Kəfər Kəla qəsəsəbəsini 2 raketlə hədəfə alıb.