Sionist rejiminin ordusu bugün BMT-nin Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı bir məktəbi və Qəzzə zolağının mərkəzində yerləşən ən-Nəsirat düşərgəsindəki bir yaşayış kompleksini bombalamaqla, azı 5 fələstinlini öldürüb və bəzilərini isə yaralayıb.
Fələstin medialarının bildirdiklərinə əsasən, yüzlərlə fələstinli qaçqın UNRWA-ya bağlı olan bu məktəbə sığınmışdı.
Sionist rejiminin ABŞ və bəzi ölkələrin himayəsi və dəstəyi ilə Qəzzə zolağına qarşı təcavüzkar hücumu 188 gündür ki, davam edir və atəşkəsin bərqərar olunması üçün göstərilən bütün səylər nəticəsiz qalıb.
Sionist rejimi bu müddət ərzində və dünya ictimaiyyətinin sükutu sayəsində Fələstin xalqına və Qəzzə sakinlərinə qarşı heç bir cinayəti əsirgəməyib.
Xarici KİV-in verdiyi məlumata görə, xalqın Fitr bayramı münasibəti ilə sevindiyi vaxtda sionist rejiminin təcavüzü davam edib. Qəzzə Səhiyyə Nazirliyi son hesabatında bildirib ki, sionist rejiminin Qəzzə zolağına qarşı təcavüzü zamanı bugünə qədər şəhid olanların sayı 33 min 482 nəfərə yüksəlib. Bu təcavüzlərdə yaralananların sayının isə 76 min 49 nəfər olduğu açıqlanıb.
Sionist rejiminin Qəzzəyə qarşı nəticəsiz qalan 6 aylıq təcavüzündən sonra, bu rejim hər gün daxili və xarici böhranda daha çox batır.
Sionist rejimi bu müddət ərzində bu bölgədə cinayət, qətliam, dağıntı, hərbi cinayətlər, beynəlxalq qanunların pozulması, yardımlaşma qrumlarının bombalanması, qıtlıq və aclıqdan başqa heç nəyə nail olmayıb.